"Nəvə övladdan da şirindir",- deyən nənəsi
Üsarə Mirzəquliyeva Səxavətlə fəxr edir. Deyir ki, nəvəsi evin tək övladı olmasına baxmayaraq, müharibə başlayandan iki gün sonra cəbhəyə yola düşüb.
20 yaşlı qəhrəmanımızla çiyin-çiyinə düşmənə sinə gərən döyüş yoldaşları deyirlər ki, Səxavət çox mərd oğul olub. Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində düşmənlə mübarizədən qalib kimi çıxıb.
Sonuncu döyüşü isə Ərgünəş dağı ətrafında olub. Yaralı döyüş yoldaşı, həm də yaxın dostu olan Rəşad Mehdiyevi xilas edərkən, düşmənin atdığı minamyot qəlpəsi onların ikisinin də həyatına son qoyub.
Səxavət Abbasov oktyabrın 20-də şəhid olub və Xırdalan şəhər Şəhidlər xiyabanında dəfn edilib.